Fernandeş Premyer Liqada klub tarixini dəyişməyə hazırlaşır

İdman

05.03.2026 09:55

Bruno Fernandeş “Mançester Yunayted”in Premyer Liqa rekorduna yaxınlaşıb.

TodayPress TV xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi səfərdə “Nyukasl Yunayted” ilə keçirilən və “qırmızı şeytanlar”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatan XXIX tur qarşılaşmasında məhsuldar ötürmə müəllifi olub.

Bu assist Fernandeş üçün cari mövsümdə Premyer Liqada 14-cü məhsuldar ötürmə olub. Bu göstərici ilə o, klubun tarixi rekorduna xeyli yaxınlaşıb.

Məlumata görə, “Mançester Yunayted”in heyətində Premyer Liqada bir mövsümdə ən çox məhsuldar ötürmə edən futbolçu Devid Bekhem olub. O, 1999/2000-ci illər mövsümündə 15 assistlə klub rekorduna imza atıb.

Qeyd edək ki, cari mövsümdə Bruno Fernandeş bütün turnirlərdə 28 oyuna çıxıb. O, bu matçlarda 7 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında yarımmüdafiəçinin bazar dəyəri 40 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

tag: Mançester Yunayted,Premyer Liqa,Bruno Fernandeş,Rekord,Todaypress.tv,