"Fənərbaxça"nın yeni prezidenti kim olacaq?
Türkiyənin məşhur futbol klublarından olan “Fənərbağça”da prezident seçkisi başlayıb.
TodayPress TV xəbər verir ki, iyunun 6-7-də keçirilən növbədənkənar seçkili qurultayda klub üzvləri yeni prezidenti müəyyənləşdirəcəklər.
Prezident postu uğrunda əsas namizədlərdən biri klubun 1998-2018-ci illərdə prezidenti olmuş Aziz Yıldırımdır. O, uzun fasilədən sonra yenidən rəhbərliyə qayıtmaq üçün mübarizə aparır. Digər namizəd isə iş adamı Hakan Safidir.
Qeyd edək ki, seçkinin nəticələri Türkiyə futbol ictimaiyyətində böyük maraqla gözlənilir.