"Fənərbaxça" prezidentini seçdi: YILDIRIM RƏSMƏN QAYITDI!

"Fənərbaxça" prezidentini seçdi: YILDIRIM RƏSMƏN QAYITDI!
07.06.2026 22:45 İdman

"Fənərbaxça"da prezident seçkiləri keçirilib. 

TodayPress TV xəbər verir ki, bu gün İstanbul klubunun növbədənkənar seçkilərində yeni prezidentin adına aydınlıq gəlib. 

Seçkilərdə Aziz Yıldırım və Hakan Safi mübarizə aparıb. 

Klub üzvləri səsvermə yolu ilə ən azı növbəti 1 ildə "Fənərbaxça"ya rəhbərlik edəcək şəxsi seçiblər. Yıldırım səsvermədə aşkar üstünlüklə qələbə qazanıb. O, yenidən klubun prezidenti seçilib.

Qeyd edək ki, Aziz Yıldırım 1998-2018-ci illərdə "Fənərbaxça"nın prezidenti olub.

O, 2024-cü ildə keçirilən seçkilərdə Ali Koça məğlub olmuşdu.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər