“Fənərbağça”nın qış transfer planı
İdman
13.11.2025 11:28
“Fənərbağça” klubu hücum xəttini məşhur forvardla gücləndirmək istəyir.
TodayPress TV Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu “Barselona”dan ayrılması gözlənilən Robert Levandovskinin meneceri ilə danışıqlara başlayıb.
“Fənərbağça” klubunun rəhbər şəxslərinin polşalı hücumçunun meneceri ilə görüş keçirdiyi bildirilir.
Klubun transfer siyahısında ilk sırada yer alan Levandovskinin hücum xəttində mərakeşli Yusif En-Nesirini əvəz edəcəyi ehtimal edilir.
Qeyd edək ki, “Barselona” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Levandovski klubdan gözlədiyi təklifi almayıb. O, Kataloniya təmsilçisindən ayrılmağa yaxındır.
Forvard cari mövsümdə “Barselona”nın heyətində meydana çıxdığı 12 oyunda 7 qol vurub.
Namiq HUN
tag: Fənərbağça,Türkiyə ,Robert Levandovski,Barselona,Todaypress.tv,
