“Fənərbağça”da ŞOK: Kartal istefa açıqladı, Yıldırım “yox” dedi

“Fənərbağça”da ŞOK: Kartal istefa açıqladı, Yıldırım “yox” dedi
11.09.2026 08:40 İdman

UEFA Çempionlar Liqasının ümumi mərhələsinin I turunda doğma meydanda “Roma” ilə 1:1 hesablı heç-heçə edən “Fənərbağça”da gərgin anlar yaşanıb.

TodayPress TV xəbər verir ki, matçdan sonra komandanın baş məşqçisi İsmayıl Kartal vəzifəsindən istefa verdiyini açıqlayıb. Lakin klub prezidenti Əziz Yıldırım təcrübəli mütəxəssisin qərarından xəbərsiz olduğunu və onun postunda qalacağını bildirib.

Əziz Yıldırım məşqçinin emosional bəyanatının səbəbini azarkeşlərin davranışında görüb: 

“Bu gecə İsmayıl Kartalın başına şüşə butulka atdılar, o da buna görə əsəbiləşib. Səbəb budur. İsmayıl Kartal hələ də öz vəzifəsindədir. Mən onun böyüyüyəm və davam edəcəyini demişəm. Biz bir ailəyik. May ayı gələndə liqada nəticəni görəcəksiniz. Biz Çempionlar Liqasına vəsiqə qazanmışıq - 18 ildən sonra bir məşqçi və bir prezident buna nail olub. Alqışlamaq əvəzinə onu günahlandırırsınız, bu ayıbdır. İsmayıl Kartal işinin başındadır, lakin bu camiə ona dəstək olmalıdır”.

Qeyd edək ki, “Fənərbağça” klubu tribunadan baş məşqçiyə butulka atan şəxsin saxlanıldığını və 6222 saylı Qanuna əsasən onun matçlara girişinə qadağa qoyulduğunu bəyan edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər