Faciəvi son: gənc futbolçu silahlı hücumun qurbanı oldu

Faciəvi son: gənc futbolçu silahlı hücumun qurbanı oldu
13.04.2026 13:50 İdman

Qanada futbol ictimaiyyətini sarsıdan faciə baş verib.

TodayPress TV xəbər verir ki, “Berekum Çelsi” klubunun hücumçusu Dominik Frimponq silahlı hücum nəticəsində həyatını itirib.

Hadisə komanda ölkə çempionatında “Samartes” ilə oyundan (0:1) qayıdarkən baş verib. Klub avtobusu silahlı şəxslər tərəfindən saxlanılıb və hücuma məruz qalıb.

Məlumata görə, silahlı şəxslər sürücü geri manevr etməyə çalışarkən avtobusa atəş açıblar. Futbolçular və komanda üzvləri yaxınlıqdakı kolluqlarda gizlənərək xilas olmağa çalışıblar. Lakin Frimponq ağır yaralanaraq həyatını itirib.

Hadisədən sonra Qana Futbol Assosiasiyası ölkədaxili yarışlarda iştirak edən klublar üçün təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb.

Qeyd edək ki, 20 yaşlı futbolçu cari mövsüm “Berekum Çelsi”nin heyətində 13 oyunda 2 qol vurmuşdu.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər