“Əsl fəlakət olurdu!” Enrike püşkatmadan belə qaçdı
PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün liqa mərhələsinin püşkatmasını izləmək əvəzinə Parisdə velosiped sürüb.
TodayPress TV xəbər verir ki, Enrikeninpüşkdən əvvəl söylədiklərini klubun rəsmi saytı yayıb.
İspaniyalı mütəxəssis əvvəlki illərdə püşkatmanı izləməyin onun üçün xoş təcrübə olmadığını deyib:
“Burada ilk üç ilimdə püşkatmanı ofisimdən izləyirdim və hər dəfə bu, əsl fəlakət olurdu – ən güclü komandalar bizə düşürdü! Bu dəfə velosipedə minib Parisdə gəzəcəyəm. Qayıdanda isə mənə hər şeyi danışacaqlar. Keçən ildəkindən daha pis ola bilməz. Gülürəm, amma həqiqətən də belə edəcəyəm!”
Qeyd edək ki, PSJ-nin Çempionlar Liqasının liqa mərhələsindəki rəqibləri “Barselona”, “Mançester Siti”, “Roma”, “Aston Villa”, “Qalatasaray”, “Vilyarreal”, “Slovan” və “Komo” olacaq.
PSJ son iki mövsümdə Çempionlar Liqasının qalibi olub.
Namiq HUN