Erol Bulut: “Taktikamızı rəqibə ötürən var”

İdman

04.11.2025 11:28

Türkiyə Super Liqasının XI turunda “Antalyaspor” səfərdə “Eyüpspor”a (1:0) qalib gəlib.

TodayPress TV Apasport.az-a  istinadən xəbər verir ki, matçdan sonra “Antalyaspor”un baş məşqçisi Erol Bulut mətbuat konfransında maraqlı açıqlamalar verib.

O, bildirib ki, ötən həftə “Başakşehir”lə matçdan əvvəl klub işçisi bütün məlumatları rəqib baş məşqçi Nuri Şahinə çatdırıb:

“Bu problem keçən həftə başladı. Qələbədən sonra bu barədə daha sərbəst danışa bilərik. Keçən həftə “Başakşehir” matçından əvvəl klub daxilindən kimsə bütün məlumatları rəqib komandaya çatdırıb. Təəssüf ki, bu matçdan əvvəl də bütün taktikamız rəqib komandaya ötürülüb. Bu barədə çox ağır danışmaq istəyirəm, amma yanlış olar. Klubun çörəyini yeyib komandasına xəyanət edənləri uzaqlaşdırmaq lazımdır. Kim olduğunu yaxın zamanda ortaya çıxaracam". 

Namiq HUN

tag: Başakşehir,Türkiyə ,Nuri Şahin,Klub,Liqa,Todaypress.tv,