Ərdoğan: “Hökumət bu məsələyə biganə qala bilməz”

Ərdoğan: “Hökumət bu məsələyə biganə qala bilməz”
31.10.2025 09:55 İdman

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan adı mərc qalmaqalı ilə hallanan yerli futbol hakimləri ilə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, o, hökumətin futboldakı mərc qalmaqalına biganə qala bilməyəcəyini deyib:

“Son dövrlərdə hakimlərlə bağlı məsələ ortaya çıxıb. Mərc qalmaqalında baş verənlərlə bağlı dövlət nə lazımdırsa etməlidir. Hazırda da bunun üçün əlimizdən gələni edirik".

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) 152 hakimi mərc oyunları oynadıqları üçün Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər