“Enfild”də böyük vida: Salah dövrü bitdi

“Enfild”də böyük vida: Salah dövrü bitdi
25.05.2026 12:37 İdman

Məhəmməd Salah “Liverpool” klubundan ayrıldıqdan sonra emosional açıqlama verib.

TodayPress TV xəbər verir ki, o, bu barədə klubun rəsmi saytına danışıb. 

Salah ayrılıq hisslərini belə ifadə edib:

“Çox ağladım, düşünürəm ki, bütün həyatımdan daha çox. Belə bir yerdən ayrılmaq çox çətindir. Mən hətta məşq bazasında da bir az ağladım. Mən adətən emosional insan deyiləm, amma içimdə uşaq kimiyəm. Bu çox ağırdır. Biz burada gəncliyimizi keçirdik və klub üçün hər şeyi etdik. Heç xəyal etmədiyimiz şeyləri yaşadıq və klubu layiq olduğu yerə qaytardıq.

Bu, oyunçular üçün mesajdır: məsələ təkcə istedad deyil, əzm və fədakarlıqdır. Azarkeşlər nəticədən asılı olmayaraq hər zaman maksimumunu verənləri sevəcək. Uğur məhz budur. “Liverpul”dan ayrılmaq asan deyil, amma həyat davam edir”.

Mersisayd təmsilçisinin Premyer Liqanın XXXVIII turunda “Brentford” ilə 1:1 hesablı heç-heçə etdiyi oyun misirli hücumçu üçün klubdakı son matç olub. Onunla birlikdə müdafiəçi Endryu Robertson da “Liverpul”u tərk edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər