Endrik Ançelottinin diqqətini qazanmaq üçün “Lion”da şans axtaracaq
İdman
13.12.2025 13:30
Braziliyalı futbolçu Endrikin “Real Madrid”dən “Lion”a icarə əsasında keçidi ilə bağlı razılaşma rəsmiləşdirilib.
TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilir ki, hücumçu yanvar ayında “kral klubu”nu müvəqqəti tərk edəcək ki, dünya çempionatı öncəsi daha çox oyun təcrübəsi qazansın.
Futbolçunun icarəsi bütün tərəflər üçün sərfəlidir. Endrik Avropa turnirlərində çıxış edən komandada müntəzəm oyun praktikasına sahib olacaq və Braziliya millisində yer almaq üçün Karlo Ançelottidən şans qazanmağa çalışaacaq.
Qeyd edək ki, “Real Madrid” Endrikə 60 milyon avrodan çox vəsait xərcləyib. Klub rəhbərliyi futbolçunun potensialına inanır və onun bazar dəyərini saxlamaq istəyir. Bu səbəbdən icarə həm oyunçu, həm də klubun gələcəyi baxımından vacib addım hesab olunur.
Namiq HUN
tag: Endrik,Lion,İcarə,Klub,Todaypress.tv,
