Elxan Abdullayev: “Əsas hədəfimiz yaxşı futbol göstərməkdir”

Elxan Abdullayev: “Əsas hədəfimiz yaxşı futbol göstərməkdir”
06.11.2025 17:51 İdman

Azərbaycanın futbol üzrə U-19 yığma komandası Avropa çempionatının seçmə mərhələ oyunlarının hazırlığına start verib. 

TodayPress TV xəbər verir ki, 13-cü qrupda yer alan U-19 Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə mübarizə aparacaq.

U-19 millisinin baş məşqçisi Elxan Abdullayev məqsədlərinin qrupdan çıxmaq olduğunu bildirib:

“Dünəndən hazırlığa başlamışıq. UEFA Gənclər Liqasında oynayan “Qarabağ” və “Sabah”ın futbolçuları da artıq komandamıza qoşulublar. İlk oyunumuzu noyabrın 12-də Çexiya millisinə qarşı keçirəcəyik. Daha sonra Şimali İrlandiya və Malta ilə qarşılaşacağıq. Rəqiblər çox güclüdür. Favorit Çexiya yığmasıdır. Şimali İrlandiya və Maltaya gəlincə, əvvəlki təlim-məşq toplanışlarında bu komandalarla eyni səviyyədə olan rəqiblərlə yoxlama oyunu keçirmişdik. Hədəfimiz yaxşı futbol göstərməkdir. İstədiyimiz nəticəni qazanmaq üçün əlimizdən gələni etməliyik. Məqsədimiz qrupdan çıxmaqdır”.

Namiq HUN

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər