Elvinə transfer üçün “yaşıl işıq” yandırıldı - Qurban Qurbanovdan açıqlama

Elvinə transfer üçün “yaşıl işıq” yandırıldı - Qurban Qurbanovdan açıqlama
22.05.2026 23:45 İdman

“Elvin Cəfərquliyev transferə çıxarılıb. Razılıq vermişik ki, başqa komandalarla danışıq aparsın. Yəni bütün təkliflərə açıqdır. Danışıq aparıb keçidi alınmazsa, ondan sonra əsas komandada, yoxsa əvəzedicidə qalacağına qərar verəcəyik”.

TodayPress TV xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sumqayıt”la matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi Ramil Şeydayev barədə qərarın da yaxın vaxtda veriləcəyini vurğulayıb

Qurbanov həmçinin Zakaria Sawo transferi ilə bağlı danışıqların müsbət istiqamətdə davam etdiyini deyib:

“Onunla danışıqlar müsbət yöndə gedib. Transferin alınmaq ehtimalı böyükdür”.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər