Elnur Səmədov kəmər uğrunda rinqə çıxmağa hazırdır!

Elnur Səmədov kəmər uğrunda rinqə çıxmağa hazırdır!
08.06.2026 17:20 İdman

İkinci yarımyüngül çəkidə (59 kq) çıxış edən azərbaycan əsilli Rusiya boksçusu Elnur Səmədov Dünya Boks Assosiasiyasının (WBA) versiyası üzrə dünya çempionluğu kəməri uğrunda mübarizə aparmaq hüququ qazanıb.

TodayPress TV xəbər verir ki, bu barədə RCC promouter şirkəti məlumat yayıb.

WBA-nın qərarına əsasən, Elnur Səmədov hazırkı dünya çempionu, irlandiyalı Entoni Kakaçe ilə titul döyüşünə çıxacaq.

32 yaşlı Səmədov peşəkar rinqdə debütünü 2016-cı ildə edib. O, karyerası ərzində keçirdiyi 23 döyüşün 22-də qələbə qazanıb, yalnız bir dəfə məğlub olub. Elnur qələbələrinin 11-ni nokautla əldə edib.

37 yaşlı Entoni Kakaçe isə peşəkar karyerasına 2012-ci ildə başlayıb. İrlandiyalı boksçu 2024-cü ildə ikinci yarımyüngül çəkidə dünya çempionu olub, 2026-cı ildə isə bu uğurunu təkrarlayaraq ikiqat dünya çempionu titulunu qazanıb. 


O, karyerası ərzində keçirdiyi 26 döyüşün 25-də qələbə qazanıb, yalnız bir dəfə məğlub olub. Entoni qələbələrinin 9-nu nokautla əldə edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər