Əli Vəliyevdən Brestdə üçqat uğur

Əli Vəliyevdən Brestdə üçqat uğur
20.02.2026 16:21 İdman

Azərbaycan paraüzgüçüsü Əli Vəliyev Belarusun Brest şəhərində keçirilən Açıq Paraüzgüçülük Kubokunda iki gümüş və bir bürünc medal qazanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

S10 kateqoriyasında çıxış edən paralimpiyaçı üç müxtəlif məsafədə fəxri kürsüyə yüksəlib. O, 100 metr kəpənək üsulunda 1:03.10 nəticə ilə, həmçinin 200 metr qarışıq üzmə yarışında 2:34.77 vaxtla gümüş medal əldə edib.

Vəliyev əlavə olaraq 400 metr sərbəst üsulda 4:52.14 nəticə göstərərək bürünc medala sahib çıxıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan paraüzgüçüsü Raman Salei də Brest turnirində iki qızıl medal qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər