Əli Vəliyev Almaniyada böyük uğura imza atdı
İdman
09.05.2026 12:25
Almaniyada paraüzgüçülük üzrə Dünya seriyasının növbəti mərhələsi keçirilir.
TodayPress TV xəbər verir ki, turnirdə Azərbaycan paraüzgüçüləri də çıxış edirlər.
Yeniyetmə paralimpiyaçımız Əli Vəliyev S10 kateqoriyasında 100 metr məsafəyə “butterfly” üzmə üsulunda 1:03.42 nəticə ilə gənclər arasında Berlin mərhələsinin bürünc medalını qazanıb.
Bu nəticə Azərbaycan paraüzgüçülüyü üçün gənc idmançıların beynəlxalq arenada yüksəlişini bir daha nümayiş etdirib.
Namiq HUN
tag: Almaniya, Praüzgüçülük ,Əli Vəliyev,Yeniyetmə,Todaypress.tv,
