Elçin Məsiyev Avropa çempionatının 1/4 finalına təyinat aldı

Elçin Məsiyev Avropa çempionatının 1/4 finalına təyinat aldı
21.06.2025 00:03 İdman

FIFA referisi Elçin Məsiyev təyinat alıb.

TodayPress TV AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, referi Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 1/4 final mərhələsinin Almaniya – İtaliya oyununun ehtiyat hakimi olacaq.

Qarşılaşmanı litvalı Manfredas Lukjançukas idarə edəcək.

İyunun 22-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Qeyd edək ki, Elçin Məsiyev qrup mərhələsinin Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarının baş hakimi olub.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər