“Əl-Nəsr” ulduzu öz sərvəti barədə danışdı

“Əl-Nəsr” ulduzu öz sərvəti barədə danışdı
04.11.2025 12:24 İdman

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu şəxsi sərvəti ilə bağlı suala yumorla cavab verib.

TodayPress TV xəbər verir ki, jurnalist Pirs Morqan futbolçudan onun son vaxtlar milyarder olduğu barədə xəbərlərə münasibət bildirməsini istəyib.

Ronaldu isə bunu gülərək təkzib edib:

Pirs Morqan:

— Sən ötən həftə milyarder olmusan, elə deyilmi?

Kriştianu Ronaldu:

— Xeyr, bu doğru deyil. Mən bir neçə il əvvəl milyarder olmuşam, — deyə Ronaldu cavab verib.

Qeyd edək ki, Bloomberg nəşri oktyabr ayında dərc etdiyi materialda Ronaldunun ilk milyarder futbolçu olduğunu və onun sərvətinin 1,4 milyard dollar qiymətləndirildiyini yazıb.

Namiq HUN

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər