Əfsanəvi qapıçı futbolla vidalaşdı

Əfsanəvi qapıçı futbolla vidalaşdı
27.05.2026 13:23 İdman

Kasper Şmeyxel çiyin zədəsi səbəbindən karyerasını başa vurduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, “Seltik” klubunun və Danimarka yığma komandasının qolkiperi bu qərarı həkimlərlə məsləhətləşmələrdən sonra verib.

“Bir neçə cərrah və mütəxəssislə çiynimlə bağlı məsləhətləşdim və dedilər ki, elit futbola qayıtmağımı gözləməməliyəm. Çox düşündüm, amma hesab edirəm ki, indi karyeranı bitirmək üçün ən doğru zamandır”, - deyə Şmeyxel bildirib.

Qeyd edək ki, 39 yaşlı qapıçı karyerası ərzində ən böyük uğurunu “Lester Siti” ilə 2015/2016-cı illər mövsümündə İngiltərə Premyer Liqasını qazanaraq əldə edib.

O, həmçinin “Seltik” klubu ilə 2024/2025-ci illər mövsümündə Şotlandiya çempionatının qalibi olub.

Qolkiper Danimarka yığma komandasının heyətində isə 2020-ci il Avropa çempionatının bürünc medalın sahib çıxıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər