Əfsanə dayanmaq bilmir: Ronaldu daha bir tarix yazdı!

İdman

08.05.2026 10:41

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı çempionatında 100-cü qolunu vurub.

TodayPress TV xəbər verir ki, portuqaliyalı futbolçu bu göstəriciyə “Əl-Şabab”la keçirilən XXXIII turun oyununda çatıb.

Ronaldu matçın 75-ci dəqiqəsində Sadio Manenin ötürməsindən sonra fərqlənib. 

41 yaşlı hücumçu bununla da Səudiyyə Ərəbistanı Pro Liqasında 100-cü qolunu vurub. O, bu nəticəyə cəmi 105 oyunda nail olub.

Ronaldu cari mövsümdə liqada keçirdiyi 28 qarşılaşmada 26 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Bu qol portuqaliyalı futbolçunun karyerasındakı 971-ci qol olub.

Ronaldu klub səviyyəsində 1088 oyunda 828 dəfə fərqlənib. Portuqaliya millisində isə ulduz futbolçu 226 matçda 143 qol vurub. 

Beləliklə, Kriştianu Ronaldunun karyerasında 1000 qol həddinə çatması üçün daha 29 qol qalır.

Namiq HUN

TodayPress TV

tag: Kriştianu Ronaldu,Əl-Nəsr,Klub,Rekord,Todaypress.tv,