Dvalişviliyə dəstək qalmaqal yaratdı: Həbib Kvaratsxeliyanı sildi!

Dvalişviliyə dəstək qalmaqal yaratdı: Həbib Kvaratsxeliyanı sildi!
13.11.2026 11:56 İdman

UFC-nin sabiq yüngül çəki çempionu və Şöhrət Zalının üzvü Həbib Nurməhəmmədov Gürcüstan millisinin və PSJ klubunun futbolçusu Xviça Kvaratsxeliyanı sosial şəbəkədə izləmədən çıxarıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Championat” nəşri məlumat yayıb.

Buna səbəb Kvaratsxeliyanın həmyerlisi Merab Dvalişvilini dəstəkləməsi ehtimalıdır. Belə ki, Dvalişvili Həbibin əmisi oğlu Usman Nurməhəmmədov və onun komanda yoldaşları ilə insident yaşayıb.

Həbib özü hələlik əmisi oğlunun Merab Dvalişvili ilə münaqişəsi barədə heç bir açıqlama verməyib.

Məlumata görə, Əbu-Dabidə baş vermiş insidentin bütün iştirakçıları, o cümlədən Dvalişvili və onun dostu Saba Lazişvili hələ də Birləşmiş Ərəb Əmirliklərinin hüquq-mühafizə orqanlarının nəzarətindədirlər.

Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər