Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət
Argentina millisinin kapitanı və “İnter Mayami” klubunun futbolçusu Lionel Messi İspaniyanın ən nüfuzlu beynəlxalq mükafatlarından biri olan Asturiya Şahzadəsi İdman Mükafatına layiq görülüb.
TodayPress TV xəbər verir ki, bu barədə xarici mətbuat orqanları məlumat yayıb.
Qərar münsiflər heyətinin Ovyedoda keçirilən iclasında qəbul olunub.
Mükafatın Messiyə verilməsinə səbəb ulduz futbolçunun uğurlu idman karyerası ilə yanaşı, aztəminatlı uşaqlara kömək məqsədilə həyata keçirdiyi xeyriyyə fəaliyyəti olub.
Qeyd edək ki, Lionel Messi peşəkar karyerası ərzində 47 titul qazanıb. O, hazırda futbol tarixində ən çox kubok əldə edən futbolçu kimi tanınır.
Namiq HUN