Dünya tennisinin lideri İtaliyadakı turniri buraxacaq
Tennis üzrə “Böyük Dəbilqə” seriyalı turnirlərin 6 qat qalibi, ispan Karlos Alkaras İtaliyada keçiriləcək “Deyvis Kubok”unda iştirak etməyəcək.
TodayPress TV xəbər verir ki, dünya tennisinin lideri sağ dizindəki əzələ şişkinliyi səbəbindən Bolonya turnirini buraxacaq.
Qeyd edək ki, Alkaras ötən həftə İtaliyanın Turin şəhərində keçirilən final turnirində yerli tennisçi Yannik Sinner ilə qarşılaşmada (6:7, 4:7, 5:7) zədələnib.
Namiq HUN