Dünya şokda! Azərbaycanlı tennisçi rekord həddini keçdi

İdman

13.04.2026 09:15

Azərbaycanlı stolüstü tennisçi Nihad Məmmədov dünya rekordunu yeniləməyə çox yaxınlaşıb.

TodayPress TV xəbər verir ki, milli komandanın üzvü “Şüa İdman Kompleksi”ndə təşkil olunan mərasimdə topu uzaq məsafədən oyuna daxil etmək üzrə dünya rekordunu yeniləməyə cəhd edib.

Məmmədov beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti altında bu zərbəni 17 metr məsafədən uğurla yerinə yetirib. Bu nəticə əvvəlki rekorddan (16.70 metr) daha yüksəkdir və rekordun təsdiqlənməsi halında onun adı Ginnesin Rekordlar Kitabı siyahısına daxil ediləcək.

İdmançının nəticəsi Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən qurumun baş ofisinə göndərilib və rəsmi cavabın 4–8 həftə ərzində veriləcəyi gözlənilir.

Qeyd edək ki, əvvəlki rekord 16.70 metr nəticə ilə türkiyəli idmançı Osman Gürcüyə məxsus idi.

Namiq HUN

TodayPress TV

tag: Nihad Məmmədov,Stolüstü tennis,Rekord,Oyun,Todaypress.tv,