Dünya idmanının iki nəhəngi bir araya gəldi
NBA çempionu, Yannis Adetokunbo keçmiş ingiltərəli futbol ulduzu Devid Bekhem ilə görüşüb.
TodayPress TV xəbər verir ki, görüş zamanı idman dünyasının iki məşhur siması forma mübadiləsi də edib.
Adetokunbo bu anların görüntülərini şəxsi arxivindən paylaşaraq izləyiciləri ilə bölüşüb.
Bekhem karyerası ərzində İngiltərə millisinin heyətində 115 oyuna çıxıb. O, “Mançester Yunayted”, “Real Madrid”, “Milan”, PSJ və Los-Anceles Qelaksi” klublarının formasını geyinib. İngiltərə, İspaniya və Fransada çempionluqlar qazanan Bekhem, həmçinin 1999-cu ildə UEFA Çempionlar Liqasının qalibi olub.
Adetokunboya gəlincə, yunan basketbolçu 2025/2026 mövsümünün müntəzəm çempionatında “Miluoki Baks” heyətində 36 oyunda iştirak edib. O, orta hesabla 27,6 xal, 9,8 ribaund və 5,4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bununla belə, “Miluoki Baks” mövsümü 32 qələbə və 50 məğlubiyyətlə başa vurub və son 10 ildə ilk dəfə NBA pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
Namiq HUN