Dünya çempionuna daha bir zərbə: Sofii Raffaeli əməliyyat olunacaq

Dünya çempionuna daha bir zərbə: Sofii Raffaeli əməliyyat olunacaq
28.08.2026 12:15 İdman

Altıqat dünya çempionu olan italiyalı bədii gimnast Sofii Raffaeli yaxın günlərdə dizindən artroskopik əməliyyat olunacaq.

TodayPress TV xəbər verir ki, bu barədə İtaliya Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, əməliyyat idmançının 10 gün əvvəl düşdüyü avtomobil qəzası ilə əlaqəli deyil.

Qəza nəticəsində Raffaeli tibbi müayinədən keçirilib və qısa müddət xəstəxanada müalicə alıb. Müayinələr zamanı onun müxtəlif nahiyələrində çoxsaylı əzilmələr, qol və alın nahiyəsində yaralar aşkarlanıb. Həkimlər ciddi fəsadları istisna ediblər.

Federasiyanın açıqlamasında bildirilib ki, diz əməliyyatı əvvəlcədən planlaşdırılıb və dünya çempionatından sonra keçirilməsi nəzərdə tutulub. Bu səbəbdən müdaxilənin avtomobil qəzası ilə heç bir əlaqəsi yoxdur.

Raffaelinin bərpa proqramı İtaliya İdman Tibb və Elm İnstitutu tərəfindən həyata keçiriləcək. İtaliya millisinin dünya çempionatına hazırlığı çərçivəsində gimnastın funksional müayinələrinə də artıq başlanılıb.

Federasiya qeyd edib ki, avtomobil qəzası Sofiinin idman fəaliyyətinə təsir göstərməyib və o, müəyyən edilmiş tibbi və yarış proqramına uyğun olaraq məşqlərini davam etdirə biləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər