Dünya çempionlarının liderindən iddialı açıqlama!

Dünya çempionlarının liderindən iddialı açıqlama!
10.06.2026 11:57 İdman

Lionel Messi DÇ-2026-nın startına az qalmış Argentina yığma komandası haqqında fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Tyc Sports” nəşri məlumat yayıb. 

Təcrübəli hücumçu komandanın qalib ruhuna malik olduğunu və qarşıya qoyulan məqsədlərlə kifayətlənmədiyini vurğulayıb.

“Daha əvvəl də dediyim kimi, bu komanda yarı yolda dayanmır. Düşünürəm ki, bunu istənilən rəqiblə matçlarda sübut etmişik. Bu, həmişə daha çoxunu istəyən qalib komandadır. Addım-addım irəliləyəcəyik, amma böyük həvəslə”, – deyə Messi bildirib.

Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsində Argentina millisi Əlcəzair, Avstriya və İordaniya yığmaları ilə qarşılaşacaq.

Argentina mundiala dünya çempionu statusunda qatılacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər