Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər!
2026-cı il dünya çempionatında irqçilik halları ilə mübarizə məqsədilə yeni vizual xəbərdarlıq sistemi tətbiq olunacaq.
TodayPress TV-nin “İdman.Biz”ə istinadən verdiyi məlumata görə, futbolçular meydanda və ya tribunada irqçi davranışlarla üzləşdikləri halda qollarını sinələrinin önündə çarpazlayaraq “X” işarəsi göstərməlidirlər.
Bu jest hakimə irqçilik hadisəsinin baş verdiyini bildirmək üçün nəzərdə tutulub. Bundan sonra referi FIFA-nın müəyyən etdiyi protokola uyğun olaraq oyunu dayandıracaq və stadionda rəsmi xəbərdarlıq ediləcək.
Əgər insident davam edərsə, qarşılaşma 15 dəqiqəlik dayandırıla bilər. Problemin aradan qaldırılmaması halında isə matçın tamamilə ləğv olunması mümkündür.
Yeni qaydanın məqsədi irqçilik hallarına daha operativ reaksiya vermək və futbolçuların təhlükəsizliyini təmin etməkdir.
Namiq HUN