Dünya çempionatına sayılı saatlar qalmış etirazlar başladı!

Dünya çempionatına sayılı saatlar qalmış etirazlar başladı!
10.06.2026 14:50 İdman

Futbol üzrə 2026-cı il dünya çempionatının başlamasına bir gün qalmış Mexiko şəhərində kütləvi etiraz aksiyaları və mitinqlər keçirilib.

TodayPress TV xəbər verir ki, aksiya iştirakçıları mundialın açılış mərasiminin və ilk oyunun keçirilməsinin planlaşdırıldığı “Estadio Atsteka” stadionuna gedən yolları bağlayıblar.

Xarici KİV-lərin məlumatına əsasən, etirazlar və tətil aksiyaları təhsil işçiləri həmkarlar ittifaqının nümayəndələri tərəfindən təşkil olunub. Onlar əməkhaqlarının artırılmasını tələb edirlər.

Hazırda yerli hakimiyyət orqanları vəziyyəti nəzarətdə saxlamağa çalışır. Bununla belə, aksiyaların mundialın açılış tədbirlərinə və nəqliyyatın hərəkətinə təsir edib-etməyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, DÇ-2026 iyunun 11-də start götürəcək. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər