Dumanla dayanan oyun 2026-cı ildə yenidən keçiriləcək

İdman

11.12.2025 17:26

Premyer Liqanın XIV turunda qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılan “Qəbələ” - “Turan Tovuz” matçı ilə bağlı Peşəkar Futbol Liqasının İdarə Heyətinin iclası keçirilib.

TodayPress TV xəbər verir ki, oyunun keçirilmə tarixi, eləcə də bununla bağlı digər  məsələlərlə əlaqədar müzakirələr aparılıb.

Qış fasiləsinə qədər olan, eləcə də fasilədən sonrakı ilk turun təqvimi tam açıqlandığı, klublar fəaliyyət planını artıq müəyyənləşdirdiyi üçün, eləcə də bununla bağlı digər məqamları və klubların da fikrini diqqətə alaraq PFL İdarə Heyəti aşağıdakı qərarları qəbul edib:

- Əhəmiyyətli hissəsi oynanılmadan yarımçıq dayandırılan qarşılaşma yeni oyun kimi keçirilsin;

- Oyun 2026-cı ildə baş tutsun;  

- Klublar 2026-cı ildə baş tutacaq oyunda sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə etsinlər;

- 24-cü dəqiqədə dayandırılan oyun üçün qüvvədə olan cəzalar Premyer Liqanın növbəti oyunlarına şamil edilsin.

Namiq HUN

TodayPress TV

tag: Premyer Liqa,Duman, “Qəbələ” ,“Turan Tovuz”,Todaypress.tv,