Dubayda böyük gün: Azərbaycanlı boksçu mundialın finalına çıxır

İdman

13.12.2025 12:30

Birləşmiş Ərəb Əmirliklərində kişilər arasında keçirilən boks üzrə dünya çempionatında bu gün bütün çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gələcək. 

TodayPress TV xəbər verir ki, Dubay turnirinin sonuncu günündə Azərbaycan boksçusu Sübhan Məmmədov da final görüşünü keçirəcək.

48 kq çəki dərəcəsində mundialın qızıl medalı uğrunda mübarizə aparacaq Məmmədovun rəqibi Rusiyanı təmsil edən erməniəsilli Edmond Hudoyan olacaq.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan ümumilikdə 11 boksçu ilə təmsil olunub. Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) mundialın bürünc medalı ilə kifayətləniblər. Səkkiz boksçumuz isə yarışı medalsız başa vurub.

Boks üzrə dünya çempionatının final döyüşləri Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Namiq HUN

TodayPress TV

tag: Azərbaycan,Boks,Dubay,Final,Todaypress.tv,