Dövlət qurumları arasında yoldaşlıq matçı keçirildi - VİDEO

Dövlət qurumları arasında yoldaşlıq matçı keçirildi - VİDEO
07.05.2026 22:29 İdman

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin final oyunundan öncə yoldaşlıq matçı keçirilib.

TodayPress TV xəbər verir ki, qarşılaşmada “Parlament” və “Hökumət” komandaları üz-üzə gəliblər. Matç 6:6 hesablı heç-heçə ilə bitib.

Daha əvvəl üçüncü yer uğrunda görüşdə Ədliyyə Nazirliyinin komandası Baş Prokurorluğun komandasına 2:1 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb.

Final matçında isə SOCAR və “Azərişığ”ın komandaları qarşılaşacaqlar.

Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.






TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər