Dovbik üçün transfer yarışı: İki klub hərəkətə keçdi!
“Roma”ya məxsus olan və hazırda icarə əsasında “Bolonya”da çıxış edən ukraynalı hücumçu Artyom Dovbik Avropanın bir neçə klubunun diqqətini cəlb edib.
TodayPress TV xəbər verir ki, bu barədə italiyalı insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, “Venetsiya” və “Valensiya” klubları 29 yaşlı forvardı heyətlərinə qatmaq istəyirlər. Hər iki komanda futbolçunu sonradan transfer hüququna malik olmaq şərti ilə icarəyə götürməyi nəzərdən keçirir.
Bu səbəbdən Dovbikin qış transfer pəncərəsində “Bolonya”dan vaxtından əvvəl ayrılması istisna edilmir. Belə olan halda ukraynalı hücumçu müqavilə ilə məxsus olduğu “Roma”ya qayıda bilər.
Qeyd edək ki, Artyom Dovbik cari mövsümdə İtaliya çempionatında 5 oyunda meydana çıxıb və 1 qol vurub. Transfermarkt portalında futbolçunun bazar dəyəri 15 milyon avro qiymətləndirilir.
Namiq HUN