Doqquz qızıl medal! Uşu-sandaçılarımızdan möhtəşəm nəticə
Azərbaycanın uşu-sanda komandası Türkiyədə keçirilən IX Açıq Balkan Çempionatı və Avrasiya Kubokunda uğurlu çıxış edib.
TodayPress TV “İdman.biz”ə istinadən xəbər verir ki, 21 ölkənin idmançılarının mübarizə apardığı Bolu turnirində millimiz ümumilikdə 19 medal qazanıb.
Təmsilçilərimiz sanda və light sanda yarışlarında 9 qızıl, 9 gümüş və 1 bürünc medala sahib çıxıblar.
Azərbaycan komandasına qızıl medalları Teyyub Eminli (26 kq), Mənsur Camallı (36 kq), Ramal Xudaverdiyev (45 kq), Əli Osmanov (45 kq), Əli Cabbarlı (52 kq), Xəyal İbrahimov (56 kq), Nihad Əsgərov (60 kq), Zaur Quluzadə (75 kq) və Samir İbrahimi (+90 kq) qazandırıblar.
Qeyd edək ki, komanda yarışlarında mübarizə aparan gənclərdən ibarət Azərbaycan millisi ümumi hesabda ikinci yeri tutub.
Namiq HUN





