Dopinq qalmaqalı dünya çempionunu yarışlardan uzaqlaşdırdı

Dopinq qalmaqalı dünya çempionunu yarışlardan uzaqlaşdırdı
12.05.2026 15:40 İdman

Koreş güləşi üzrə dünya çempionu olan türkmənistanlı Dayanç Omirov antidopinq qaydalarını pozduğuna görə uzunmüddətli cəza alıb.

TodayPress TV xəbər verir ki, bu barədə International Testing Agency (ITA) məlumat yayıb.

Bildirilir ki, 2025-ci ilin avqust ayında idmançıdan götürülən dopinq nümunəsində qadağan olunmuş maddələr aşkarlanıb. Bu səbəbdən Dayanç Omirov 6 il müddətinə diskvalifikasiya olunub.

29 yaşlı idmançı 2023-cü ildə koreş güləşi üzrə dünya çempionu adına sahib çıxıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər