Dopinq qalmaqalı böyüyür: Mudrik rəhbərliyi günahlandıra bilər

İdman

03.03.2026 09:17

Ukraynalı futbolçu Mixail Mudrik hələ də futboldan kənarda qalır. 

TodayPress TV jurnalist İqor Çıqanikin məlumatına istinadən xəbər verir ki, oyunçunun ətrafındakı şəxslər qadağan olunmuş maddələrin futbolçunun orqanizminə Ukrayna millisinin düşərgəsində olduğu vaxt daxil ola bildiyini hesab edir. 

Bu versiya təsdiqlənərsə, cinah oyunçusu məhkəməyə müraciət edə bilər. Lakin iddia Ukrayna Futbol Assosiasiyasına qarşı deyil, birbaşa qurumun rəhbər şəxslərinə qarşı qaldırıla bilər.

Xatırladaq ki, Mudrik son oyununu 28 noyabr 2024-cü ildə “Çelsi” klubunun  heyətində UEFA Konfrans Liqası çərçivəsində “Haydenhaym”a qarşı keçirib və həmin görüşdə fərqlənib.

Qeyd edək ki, ukraynalı futbolçu London təmsilçisinin heyətində ümumilikdə 73 oyuna çıxıb, 10 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun “Çelsi” ilə müqaviləsi 2031-ci ilin iyul ayınadək qüvvədədir.

Namiq HUN

TodayPress TV

tag: Mixail Mudrik,Dopinq,Çelsi,UEFA,Todaypress.tv,