Dimitrov Şanxay “Masters”dən imtina etdi
Dünya tennisinin 28-ci raketkası Qriqor Dimitrov Şanxaydakı “Masters” turnirində iştirak etməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Univers Tennis məlumat yayıb.
Bildirilib ki, bolqar tennisçi 2025-ci ilin Uimbldon turniri zamanı aldığı zədədən bərpa olunur.
Qeyd edək ki, Dimitrov London turnirinin 1/8 final mərhələsində italiyalı Yanik Sinnerə qarşı 2:0 hesabı ilə üstün olsa da (6:3, 7:5, 2:2), sonradan böyük döş əzələsində qeydə alınan yırtıq diaqnozu səbəbindən yarışı dayandırıb.
Namiq HUN