Didye Deşam: “Məqsədimiz bütün oyunlarda qələbə qazanmaqdır”
İdman
15.11.2025 17:54
“DÇ-2026-nın final mərhələsinə vəsiqə qazansaq da, Azərbaycanla matçda qələbə qazanmağa çalışacağıq”.
TodayPress TV xəbər verir ki, bunu Fransa yığmasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
Fransalı mütəxəssis millimizə qarşı oyunda bir neçə futbolçunun xidmətindən yararlana bilməyəcəklərini deyib:
“Kilianın Mbappenin topuğunda problemlər var. Ona “Real” klubunun tibbi personalı nəzarət edəcək. Mbappedən başqa heyətdə başqa itkilərimiz də var. Buna baxmayaraq Fransa millisi olaraq əlimizdən gələni edəcəyik. Məqsədimiz bütün oyunlarda qələbə qazanmaqdır”.
Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da start götürəcək.
Namiq HUN
tag: Didye Deşam,Fransa ,DÇ-2026,Azərbaycan ,Todaypress.tv,
