Dibalanın gələcəyi qeyri-müəyyən olaraq qalır

İdman

11.05.2026 10:59

Paulo Dibala futbol karyerasındakı gələcəyi ilə bağlı açıqlama verib.

TodayPress TV “Sky Sports”a istinadən xəbər verir ki, “Roma”nın argentinalı hücumçusu klubla müqaviləsinin başa çatmaq üzrə olduğunu bildirib.

“Müqaviləmdə yazılıb ki, növbəti oyun mənim “Roma”dakı son matçım olacaq. Müqaviləm iyunda başa çatır və klubdan heç kim mənimlə əlaqə saxlamayıb”, – deyə Dibala bildirib.

Qeyd edək ki, futbolçu yanvarın 25-dən bəri diz oynağındakı iltihab səbəbindən meydana çıxmır. O, bir aydan çox konservativ müalicə alıb və akupunktur prosedurlarından keçib. Lakin bu üsul gözlənilən nəticəni verməyib.

Qeyd edək ki, Dibala cari mövsümdə 21 oyunda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, daha əvvəl mətbuatda argentinalı futbolçunun yayda “Boka Xuniors” klubuna keçəcəyi barədə xəbərlər yayılmışdı.

Namiq HUN

TodayPress TV

tag: Paulo Dibala,Roma,Futbol,Klub,Todaypress.tv,