Deşam Kantenin potensialından faydalanacaq
İdman
07.11.2025 10:33
Futbol üzrə Fransa yığma komandasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Azərbaycan ilə qarşılaşmada yarımmüdafiəçi N'Qolo Kanteni də heyətdə görmək istəyir.
TodayPress TV xəbər verir ki, fransalı mütəxəssis Goal.com nəşrinə Kantenin komanda üçün əhəmiyyətindən danışıb.
“Kante hər üç-dörd gündən bir meydana çıxır. O, hələ də potensial olaraq start heyətində ola bilər və onun çağırılması buna sübutdur. Onu sadəcə komandanın bir hissəsi etmək yox, ona rol vermək istəyirəm. Bu həlledici matçda bizi nə gözlədiyini bilirik. Mən daim onun haqqında düşünürəm.O, həmişə milli komandanın formasını geyinməkdən məmnundur”, - deyə Deşam bildirib.
Qeyd edək ki, 34 yaşlı N'Qolo Kante 2023-cü ildən Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda oynayır. O, cari mövsümdə meydana çıxdığı 7 oyunda 1 qol vurub.
Namiq HUN
tag: Didye Deşam,DÇ,N'Qolo Kanteni,Yarımmüdafiəçi,Todaypress.tv,
