Demçenko komandası sürət yığır – “Araz-Naxçıvan” yüksəlişdədir!
Azərbaycan Premyer Liqasının XXI turunda “Araz-Naxçıvan” səfərdə “Karvan Yevlax”la qarşılaşıb.
TodayPress TV xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan oyun Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqların heyətində Felipe Santos matçın 32 və 51-ci dəqiqələrində fərqlənməklə dubl edib.
Nəticədə “Araz-Naxçıvan” Andrey Demçenkonun rəhbərliyi altında ardıcıl ikinci qalibiyyətini əldə edib.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Turan Tovuz” “Zirə”ni (2:0) məğlub edib. “Sumqayıt” – “Qəbələ” oyununda isə qapılara qol vurulmayıb.
XXI tura fevralın 22-də yekun vurulacaq.
Namiq HUN