Dembele yenə zədələndi
PSJ klubunun hücumçusu Usman Dembele növbəti dəfə zədələnib.
TodayPress TV xəbər verir ki, “Nitsa” ilə oyundan (1:0) sonra fransalı futbolçu arxa bud əzələsində şiddətli ağrılar hiss edib.
Bildirilir ki, Dembelenin əvvəlki zədəsi yenidən təkrarlanıb.
Xatırladaq ki, Usman Dembele sentyabr–oktyabr aylarında eyni səbəbdən 5 oyun buraxıb.
Namiq HUN