De la Fuente kapitanları mundialdan uzaqlaşdırdı
İdman
13.05.2026 10:39
Dani Karvaxal və Alvaro Morata DÇ-2026-nı buraxacaq.
TodayPress TV xəbər verir ki, AS nəşrinin yaydığı məlumata görə, hər iki futbolçu Luis de la Fuente tərəfindən açıqlanan İspaniya millisinin 55 nəfərlik geniş heyətinə daxil edilməyib.
Mənbənin iddiasına əsasən, qərar artıq verilib və dəyişməsi gözlənilmir. De la Fuente uzun müddət futbolçuların çıxışını izləsə də, onların zəif forması və tez-tez zədələnməsi səbəbindən siyahıya salınmamasına qərar verib. Baş məşqçi hazırda klublarında daha stabil çıxış edən oyunçulara üstünlük verib.
Qeyd edək ki, həm Karvaxal, həm də Morata əvvəllər İspaniya millisinin kapitanları sırasında yer alıblar.
İspaniya millisinin mundial üçün yekun 26 nəfərlik heyəti mayın 25-də açıqlanacaq.
“Komo” klubunun formasını geyinən 33 yaşlı Morata cari mövsüm 28 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. O, uzun müddət bud əzələsinin qopması səbəbindən yaşıl meydanlardan uzaq qalıb.
“Real Madrid”in müdafiəçisi Karvaxal isə cari mövsüm bütün turnirlərdə 20 oyunda iştirak edib və məhsuldar göstərici ilə yadda qalmayıb. 34 yaşlı futbolçu müxtəlif əzələ və diz zədələri səbəbindən bir sıra matçları buraxıb. Hazırda isə o, sağ ayağının kiçik barmağındakı sınıqdan sonra bərpa prosesi keçir.
Namiq HUN
tag: Dani Karvaxal,Alvaro Morata,DÇ-2026,Luis de la Fuente,Todaypress.tv,
