DÇ öncəsi məşqdə zədələndi, göz yaşlarını saxlaya bilmədi - VİDEO

DÇ öncəsi məşqdə zədələndi, göz yaşlarını saxlaya bilmədi - VİDEO
23.05.2026 20:40 İdman

Türkiyə millisinin futbolçusu Kerem Aktürkoğlu milli komandanın məşqi zamanı zədələnib.

TodayPress TV xəbər verir ki, 2026-cı il FIFA Dünya Çempionatına hazırlıq çərçivəsində keçirilən məşqdə futbolçular arasında ikitərəfli oyun zamanı Kerem Aktürkoğlu yerdə qalıb və məşqi davam etdirə bilməyib.

Hadisədən sonra meydançaya daxil olan tibbi heyət futbolçunun dizinə sarğı tətbiq edib. Yeriməkdə çətinlik çəkən Kerem daha sonra komanda yoldaşlarının və əməkdaşların köməyi ilə meydandan çıxarılıb.

Zədə alan milli futbolçunun göz yaşlarını saxlaya bilmədiyi görüntülərə əks olunub.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər