DÇ-2027: Milli seçmə mərhələyə martda start verəcək
Qadın futbolçulardan ibarət Azərbaycan yığma komandasının DÇ-2027-nin seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi açıqlanıb.
TodayPress TV xəbər verir ki, C Liqasının III qrupunda yer alan millimiz 2026-cı ilin martında mübarizəyə start verəcək.
Milli komandanın oyunlarının təqvimi:
3 mart 2026-cı il
Azərbaycan - Şimali Makedoniya
7 mart
Macarıstan - Azərbaycan
14 aprel
Andorra - Azərbaycan
18 aprel
Azərbaycan - Andorra
5 iyun
Azərbaycan - Macarıstan
9 iyun
Şimalı Makedoniya - Azərbaycan
Namiq HUN