DÇ-2026: Ronaldu diskvalifikasiya alacaq

İdman

14.11.2025 11:09

Portuqaliya yığma komandasının kapitanı Kriştianu Ronaldu 2026 Dünya Çempionatının ilk oyunlarını buraxa bilər.

TodayPress TV xəbər verir ki, FIFA intizam komitəsi hücumçunun son hərəkətini müzakirə edir.

Ronaldu, İrlandiyaya qarşı oyunda aldığı qırmızı vərəqə səbəbindən seçmə mərhələnin Ermənistanla oyununda iştirak edə bilməyəcək.

Əlavə olaraq, o, 3 oyunluq diskvalifikasiya ala bilər.

Qeyd edək ki, bu cəza “hücum, o cümlədən dirsəklə zərbə, yumruq, ayaqla zərbə, dişləmə, tüpürmə və ya rəqibə zərbələr” kimi qayda pozuntuları üçün nəzərdə tutulub.

FIFA-nın intizam komitəsinin qərarı rəsmiləşəndən sonra cəzanın gücü Dünya Çempionatına keçiriləcək. Bu səbəbdən Kriştianu Ronaldu mundialın ilk iki matçına çıxa bilməyəcək. Lakin Portuqaliya yığması pley-off mərhələsinə düşərək, orada iki oyun keçirsə, o zaman futbolçunun diskvalifikasiya müddəti icra olunmuş sayılacaq və Ronaldu əsas turnirdən əvvəl hazır olacaq.

Namiq HUN

TodayPress TV

tag: Portuqaliya,Ronaldu,DÇ,FIFA,Todaypress.tv,