DÇ-2026: Komanda sayı 34-ə çatdı

İdman

18.11.2025 10:35

Daha iki yığma komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb. 

TodayPress TV xəbər verir ki, Avropa zonasından Almaniya və Niderland yığma komandaları mundiala adlarını yazdırıblar. 

A qrupunda Almaniya millisi Slovakiyanı 6:0, G qrupunda isə Niderland yığması Litvanı 4:0 hesabı ilə darmadağın edərək bu şərəfə nail olub.

Daha əvvəl ev sahibləri ABŞ, Kanada və Meksika ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç və Portuqaliya dünya çempionatının final mərhələsində oynamaq hüququ əldə edib.

Qeyd edək ki, 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda ilk dəfə baş mükafat uğrunda 48 komanda mübarizə aparacaq.

Namiq HUN

TodayPress TV

tag: DÇ,Final,Mundial,Avropa,Todaypress.tv,