DÇ-2026: Fransa 29-cu oldu

İdman

14.11.2025 09:46

DÇ-2026-nın seçmə mərhələsinin növbəti matçlarından sonra daha bir komanda əsas mərhələyə vəsiqəni təmin edib. 

TodayPress TV xəbər verir ki, bu, Fransa yığması bu uğura imza atan 29-cu komanda olub.  

Didye Deşamın kollektivi D qrupunda Ukrayna yığmasına (4:0) qalib gəlib. 

Fransa ardıcıl 8-ci dəfə mundialın final mərhələsində mübarizə aparacaq. 

Daha əvvəl Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Qətər, İngiltərə, Səudiyyə Ərəbistanı, Kot-d'İvuar, Seneqal, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Koreya, İordaniya, Avstraliya, Ekvador və Braziliya DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edib. 

ABŞ, Kanada və Meksika isə ev sahibləri kimi turnirə birbaşa vəsiqə qazanıblar. 

DÇ-2026-nın əsas mərhələsinin oyunları iyunun 11-də start götürəcək və iyulun 19-da başa çatacaq.

Namiq HUN

TodayPress TV 

tag: DÇ,Fransa,Komanda,Final,Todaypress.tv,