DÇ-2026: Emin Mahmudov liderlər sırasında
Azərbaycan yığma komandasının futbolçusu Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsində liderlər sırasında qərarlaşıb.
TodayPress TV xəbər verir ki, yarımmüdafiəçi rəqibin hücumları zamanı topa müdaxilədə ilk “3-lük”yə adını yazdırıb.
E.Mahmudov meydana çıxdığı 6 oyunda 21 dəfə bunu bacarıb. O, bu göstəricidə qazaxıstanlı İslam Çesnokov və maltalı Aleksander Satariano ilə üçlüyü bölüşür.
Namiq HUN