DÇ-2026: Əliyar Ağayev seçmə oyuna təyinat aldı
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
TodayPress TV xəbər verir ki,FIFA referisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Farer adaları matçının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma noyabrın 14-də Riyeka şəhərinin eyniadlı stadionunda keçiriləcək.
Namiq HUN